Paşinyan daha böyük səhv buraxa bilər
İRƏVANA "SÜLH" DAĞI ÇƏKİLƏCƏK

"Görünən odur ki, ya Nikol Paşinyanın öz hökuməti üzərində nəzarəti sıfra bərabərdir, ya da o, yenidən bütün maraqlı tərəfləri razı salmağa çalışır".

 

Bunu Trend-ə amerikalı siyasi analitik İrina Tsukerman son günlər Ermənistan hərbi-siyasi rəhbərliyinin Azərbaycana qarşı aqressiv ritorikaya üstünlük verməsi ilə bağlı danışarkən deyib.

 

O bildirib ki, İrəvan sülhdən yayınsa Azərbaycan daha sərt tədbirlər görə bilər: "Ermənistan İran və digər hamilərinin də təşviq etdiyi təxribatlara göz yumaraq Azərbaycanla yeni inkişaf edən münasibətlərinə töhvə verərək, Bakı ilə razılığa gəlməyə çalışmalıdır. Təxribatlara son qoyulmaması, yerli əhalini daha çox anti-Azərbaycan əhval-ruhiyyəsinə sövq edən ritorikanın səslənməsinə davam edilməsi vəziyyəti gərginləşdirmək məqsədi daşıyır.

 

Sülh müqaviləsi imzalandıqdan sonra bu, hüquqi və siyasi baxımdan Ermənistanın son sözü kimi qəbul ediləcək. Əgər o zamana kimi Paşinyan sadəcə olaraq ictimai rəyi tarazlaşdırmağa, revanşist və diaspor lobbiçilərinin reaksiyasından yayınmağa çalışırdısa, saziş imzalanandan sonra o, ritorikanı cilovlayıb müxtəlif məsələlərdə əməkdaşlığa başlamalı olacağını indidən anlamalıdır. Digər tərəfdən, o, davamlı sülh sazişinin imzalanması məsələsinə tam sadiq olmasa ya ümumiyyətlə imza atmamaq üçün başqa bəhanə tapacaq, ya da bundan sonra açıq şəkildə təxribatlara davam edəcək.

 

Bu vəziyyət də Bakıya beynəlxalq ictimaiyyətin Ermənistana qarşı təzyiqini artırmaq tələbinə, Azərbaycanın daha sərt tədbirlər görməsinə haqq qazandıracaq. Bu da Paşinyanın daha böyük səhvlər buraxması ilə nəticələnə bilər.

 

Paşinyan iki xalq, dövlət arasında köhnə kin və fikir ayrılıqlarının aradan qaldırılmasına yardım etməlidir. Sülh sazişindən sonra daimi “soyuq müharibə” vəziyyətində qalmamaq üçün barışıq prosesinə xüsusi diqqət yetirmək lazımdır".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.