Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan prezidentlik səlahiyyətlərinin icrasına başlama mərasimində çıxış edərkən digər ölkələrdən qonaq gələn prezidentləri və hökumət başçılarını adbaad salamlasa da, Nikol Paşinyanın ismini çəkməyib.
TASS bildirir ki, R.T.Ərdoğan bir sıra ölkələrin, o cümlədən Azərbaycan, Bolqarıstan, Venesuela, Qazaxıstan, Qırğızıstan, Pakistan və Özbəkistanın prezidentləri və hökumət başçılarını, NATO-nun baş katibi Yens Stoltenberqi salamlayaraq, tədbirə qatılan yüksək vəzifəli qonaqlara minnətdarlığını ərz edib.
Türkiyə Prezidenti əlavə edib ki, mərasimdən sonra təşkil ediləcək təntənəli şam yeməyində bütün ölkələrin rəhbərləri ilə ayrı-ayrılıqda söhbət etmək imkanı olacaq.
Senzor.az bildirir ki, N.Paşinyan bu şəkildə Ərdoğan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin adını çəkən məqamda obyektivə düşüb...