OPEC+ ölkələri 2024-cü il üçün neft hasilatının səviyyəsini sutkada 40,46 milyon barel həcmində saxlamağı razılaşdırıblar.
Senzor.az bildirir ki, təşkilatın yaydığı məlumatda belə deyilir.
“OPEC-ə üzv ölkələr və qeyri-OPEC ölkələri üçün ümumi xam neft hasilatının səviyyəsi 2024-cü il yanvarın 1-dən 2024-cü il dekabrın 31-dək sutkada 40,46 milyon barelə çatdırılacaq”, - deyə məlumatda bildirilir.
İlkin hesablamalara görə, OPEC+ ölkələri hasilatı sutkada 1,393 milyon barel azaldacaq.
**09:56
OPEC+ ölkələrinin nazirləri bu gün Vyanada görüşəcəklər.
Senzor.az bildirir ki, görüş zamanı alyansın neft hasilatı ilə bağlı gələcək planlar müzakirə olunacaq.
Görüşdə Azərbaycanın Energetika naziri Pərviz Şahbazov da iştirak edəcək. İclas çərçivəsində onun ikitərəfli görüşlərinin keçirilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, nazirlərin son görüşü 2022-ciu ilin oktyabrında keçirilib və tərəflər noyabr ayından hasilatı sutkada 2 milyon barel (b/d) azaltmağa razılaşıblar.
Bu ilin aprelində bir neçə OPEC+ ölkəsi may ayından 2023-cü ilin sonuna qədər neft hasilatının könüllü olaraq əlavə azaldacağını elan edib.