Əfqanıstanda “Taliban” administrasiyası qadağalarına yenisini əlavə edib.
Bu barədə “Haber Global” məlumat yayıb.
Bildirilir ki, indiyə qədər qadınlara məhdudiyyətlər qoyan təşkilat indi də kişilərə üzlərini taraş etməyi qadağan edib.
Bərbərlər bu qərara etirazlarını bildiriblər. Həmçinin saqqal uzatmaq istəməyənlər də bu qərarın əleyhinə çıxış ediblər.
Herat Elm və Fəzilət Departamentinin rəhbəri Əbdül Rəhman deyib ki, 20 illik cəhalətdən sonra gənc nəslin təbii olaraq bu əmrlərə görə qanı qaralacaq: “Amma başa düşməliyik ki, zahiri görünüşümüz şəriətə uyğun olmalıdır. Biz müsəlman cəmiyyətindəyik və müsəlman olduğumuzu söyləməyimiz üçün görünüşümüz yaxşı bir müsəlman kimi olmalıdır”.