Rusiya Ukraynaya elə bir ağır zərbə vurdu ki... - “PUTIN KRIMI SAXLAMAĞIN MƏNASIZ OLDUĞUNU ANLADI”
FOTO

Kaxovka SES-in rus işğalçıları tərəfindən dağıdılması kütləvi qırğın silahlarından istifadə kimi qiymətləndirilə bilər.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ukraynanın energetika naziri German Qaluşenko bildirib.

 

Onun sözlərinə görə, Rusiya qəsdən hidroelektrik bəndi dağıdıb və Avropada ən böyük texnogen fəlakəti yaradıb: "İnsanlar öz evlərini itiriblər. Təbiət və unikal ekosistemlər bərpaolunmaz şəkildə zədələnib. Xerson bölgəsində 20 minə yaxın ev elektriksiz qalıb, təmiz qida və suya çıxış məhduddur. 

Bu, müharibə cinayətidir və Cenevrə Konvensiyasına uyğun olaraq, kütləvi qırğın silahlarından istifadə kimi təsnif edilə bilər”.

 

Rusiyalı politoloq və publisist Andrey Piontkovski isə deyib ki, Prezident Vladimir Putin Kaxovka SES-i partlatmağı əmr edərək, sözün əsl mənasında Krıma tüpürdü.

 

Politoloq bildirib ki, Putinin çıxılmaz addımları Kreml rəhbərinin Krımı saxlamaq cəhdinin əhəmiyyətsizliyini dərk etdiyini göstərir: “Krımda su olub-olmayacağına qətiyyən əhəmiyyət vermir, çünki onun baxış bucağında başqa məsələlər var. Su elektrik stansiyasının partladılması qərarı krımlıların maraqları nəzərə alınmadan qəbul edilib.

 

Ancaq heç bir halda Krımdan hələ imtina etməyib, çünki Krımın Rusiya tərəfindən itirildiyini etiraf etmək siyasi intihar etməkdir”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.