“Mina problemi azad edilən ərazilərdə bərpa-quruculuq işlərini və qayıdışı ləngidir” - PA RƏSMİSİ

İşğaldan azad edilmiş ərazilərimizdəki mina problemi həmin ərazilərdə bərpa-quruculuq işlərini və keçmiş məcburi köçkünlərin ata-baba yurdlarına qayıtmasını ləngidir.


Bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Dirçəliş. Başlanğıc” kitabının təqdimat mərasimində çıxışı zamanı deyib.


Həbib Mikayıllı Azərbaycanın minadan çirklənməsinə görə dünyada ilk 10 ölkədən olmasına diqqət çəkib:


“İşğal dövründə Ermənistan tərəfindən həmin ərazilərə 1 milyondan çox mina basdırılıb. 44 günlük Vətən müharibəsindən sonra, yəni bu günə qədər 300 insan minaların qurbanı olub. Bu gün azad edilən ərazilərdəki dağıntılar və minalar ölkəmizin qarşılaşdığı ən böyük problemlərdir”, - o əlavə edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.