“Prezident İlham Əliyevin siyasəti nəticəsində azad Laçın Ermənistanın işğalı altında 30 il davam edən vandalizmdən sonra yeni intibah və inkişaf mərhələsinə qədəm qoyur”.
Senzor.az bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Twitter hesabındakı paylaşımında qeyd edib.
O bildirib ki, müasir şəhərsalma və inkişaf konsepsiyalarının bütün yeni elementləri Laçında tətbiq edilir.