Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu il Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPBİF) iştirak etməyəcək.
Mk.ru bildirir ki, SPBİF-də Qazaxıstanı baş nazirin müavini Roman Sklyar və iqtisadiyyat nazirinin müavini Timur Jaksılıkov təmsil edəcəklər.
Sankt-Peterburqda keçirilən tədbirlərdə dövlət başçısının iştirak etməməsinin səbəbləri barədə məlumat verilmir.
Xatırladaq ki, 2022-ci ildə Tokayev Forumun plenar iclasında iştirak edib və bu iclasda bir sıra yüksək səviyyəli bəyanatlar verib. Xüsusilə, o, qondarma DNR və LNR-in müstəqilliyini tanımaqdan imtina edib. Həmçinin, bir sıra mənbələr Kremlin Aleksandr Nevski ordenini Tokayevə təqdim etmək niyyətində olduğunu bildirsə də, o, mükafatdan imtina edib.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov daha sonra bəyan edib ki, heç kim Tokayevi mükafatlandırmaq fikrində olmayıb.