Qırğızıstanın keçmiş prezidentinə 10, oğluna isə 13 illik həbs cəzası verildi
FOTO

2005-2010-cu illərdə Qırğızıstan prezidenti olmuş Kurmanbek Bakiyev Kumtor qızıl mədənində korrupsiya faktı ilə bağlı Bişkekin Pervomayski rayon məhkəməsi tərəfindən qiyabi olaraq 10 il müddətinə azadlıqdan məhrum edilib.

 

Bu barədə TASS Qırğızıstan Ali Məhkəməsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

 

“Məhkəmənin qərarı ilə Kurmanbek Bakiyev cinayət törətməkdə təqsirli bilinib. O, əmlakı müsadirə olunmaqla və üç il müddətinə dövlət vəzifəsi tutma hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum edilib”, - mətbuat xidmətinin nümayəndəsi bildirib.

 

Onun sözlərinə görə, baxılan iş “Kumtor” mədənində korrupsiya faktına aiddir. İş üzrə təqsirləndirilən şəxslər arasında daha bir neçə keçmiş məmur, həmçinin eks-prezidentin kiçik oğlu Maksim Bakiyev də var.

Məhkəmə sounncunu əmlakı müsadirə olunmaqla 13 il müddətinə azadlıqdan məhrum edib.

 

Qeyd edəkək ki, Bakiyev 2010-cu ilin aprelində dövlət çevrilişi nəticəsində devrilib. O, təhlükəsizlik məqsədilə respublikanı tərk edib və hazırda Belarusda yaşayır. Bundan öncə o, qiyabi olaraq əmlakı müsadirə olunmaqla 30 il müddətinə azadlıqdan məhrum edilib. 


Bişkek Minskdən keçmiş dövlət başçısının ekstradisiyasını dəfələrlə tələb etsə də, hər dəfə rədd cavabı alıb.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.