Düşmən “uran mərmisi”nə əl atarsa… - PUTİN XƏBƏRDARLIQ ETDİ

Rusiya tükənmiş uran mərmilərindən istifadə etmək hüququnu özündə saxlayır.

 

Bunu Rusiya Prezidenti Vladimir Putin Kremldə jurnalistlərə müsahibəsində deyib.

 

O qeyd edib ki, yalnız düşmən belə mərmilərdən istifadə edəcəyi təqdirdə cavab olaraq bu mərmilərə əl atılacaq: “Əlimizdə tükənmiş uran mərmiləri çoxdur, yüzminlərlədir, əgər onlardan istifadə olunarsa, eyni sursatdan istifadə etmək hüququmuzu da özümüzdə saxlayırıq. Onlar ehtiyatımızda var, sadəcə istifadə etmirik”.

 

Axar.az xatırladır ki, Britaniyanın Ukraynaya tükənmiş uran da daxil olmaqla, “Challenger 2” tankları üçün “minlərlə dəst” mərmi göndərildiyi bildirilib.

 

“Voll Strit” isə ABŞ-ın Ukraynaya göndəriləcək “Abrams” tanklarını tükənmiş uran mərmilərilə təchiz edəcəyini yazıb.

 

Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi İqor Kirillovun sözlərinə görə, tükənmiş uran döyüş sursatlarından istifadə zamanı kiçik hissəciklərdən alfa-radiasiya ağciyərlərdə və daxili orqanlarda yığılır ki, bu da bədxassəli şişlərin inkişafına səbəb ola bilər. Bundan əlavə, uran hissəcikləri torpaqda uzun müddət qalır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.