“Leopard”lar yanır, F-16 lar da yanacaq. Buna heç kimin şübhəsi olmasın.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumunun plenar iclasında deyib.
NATO-nun Ukrayna müharibəsində iştirakı ilə bağlı sualı cavablandıran Rusiya Prezidenti şimal alyansının münaqişəyə cəlb olunduğunu söyləyib.
"Ukraynaya “Leopord” tankları verilib. “Leopord”lar yanır, dünən də yanmışdı. F-16-lar da yanacaq. Buna heç kəsin şübhəsi olmasın. Əgər F-16 təyyarələri Ukrayna hüdudlarından kənarda yerləşən hava bazalarında yerləşdiriləcəksə, lakin döyüş əməliyyatlarında istifadə olunacaqsa, biz onları necə vuracağımıza baxacağıq. Bu, NATO-nu münaqişəyə cəlb etmək üçün ciddi təhlükədir", - deyə Putin vurğulayıb.