İranda səfərdə olan Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Feysəl bin Fərhan Əl Səud Xomeyni və Qasım Süleymaninin şəkilləri olan zalda mətbuat konfransı keçirməkdən imtina edib.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.
Məlumata görə, bu səbəbdən İran tərəfi mətbuat konfransının yerini dəyişməyə məcbur olub.