İsrailin ingilis dilində nəşr olunan və bütün dünyada geniş oxucu kütləsinə malik “The Jerusalem Post” qəzeti İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun mayın 30-da Azərbaycan Respublikasına rəsmi səfəri zamanı Prezident İlham Əliyev tərəfindən hədiyyə edilən xalçaya xüsusi yer ayırıb.
Senzor.az-ın məlumatına görə, məqalədə qeyd olunub ki, mənəvi əhəmiyyəti böyük olan toxunmuş iri ipək xalça Hersoqun öz şəxsi otağını bəzəyir.
Məqalədə deyilir: “Görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyev Hersoqa ehtiram əlaməti olaraq gözəl toxunmuş xalça hədiyyə edib. Ziyarət edən dövlət başçıları və digər nüfuzlu şəxslər Hersoqla təkbətək görüşərkən zövqlə toxunmuş həmin xalçanı görmək imkanı əldə edəcəklər”.
Məqalədə o da qeyd olunub ki, İsrail ilə Azərbaycan uzun illərdir müxtəlif səviyyələrdə sıx əlaqələr saxlayır və bu hədiyyə iki dövlət başçıları arasında qarşılıqlı hörmət və ehtiramın növbəti sübutu olub.