Ərdoğan Türkiyə Konstitusiyasının yeni redaksiyasını qəbul etməyə çağırdı

“Türkiyənin yüzilliyi” konsepsiyası vaxtilə hərbi çevrilişin nəticələrinə əsasən işlənib-hazırlanmış və qəbul edilmiş Konstitusiya əsasında həyata keçirilə bilməz.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Ankarada hakim Ədalət və İnkişaf Partiyasının 28-ci çağırış parlamentindəki fraksiyasının ilk iclasında çıxış edərkən deyib.

 

Onun sözlərinə görə, ölkə Konstitusiyasının yeni redaksiyasının qəbul edilməsi Türkiyənin gələcək inkişafı üçün mühüm stimul olacaq.

 

Dövlət başçısı ölkənin Əsas qanununun yeni redaksiyasında müsəlman qadınlarının baş örtüyünü taxmaq hüququnu təsbit etməyi təklif edib və hakimiyyətin opponentlərini Türkiyənin yeni Konstitusiyası üzərində aparılan işi dəstəkləməyə çağırıb.

 

Türkiyə lideri çıxışında, həmçinin vurğulayıb ki, ölkə dünyanın 10 aparıcı iqtisadiyyatı siyahısına daxil olana qədər hökumət səylərini dayandırmayacaq. Bununla bağlı o deyib ki, Nazirlər Kabineti Türkiyənin 12-ci İnkişaf Planı və Ortamüddətli İnkişaf Proqramı üzərində aparılan işi davam etdirir.

 

“Əminəm ki, ölkəmizin 85 milyonluq əhalisinin hamısı Türkiyənin iqtisadi rifahından bəhrələnəcək. İqtisadi sahədə aparılan işin koordinasiyası üçün biz vitse-prezident, Maliyyə Nazirliyi və Mərkəzi Bank arasında sıx əlaqə qurmuşuq”, - deyə dövlət başçısı əlavə edib.

 

Prezident qeyd edib ki, ölkədə son 21 ildə real mənada 312 faiz artan minimum əməkhaqqı son onilliklərdə Türkiyənin inkişafının əyani göstəricisidir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.