İstanbul polisi şəhər bələdiyyəsinin korrupsiyada şübhəli bilinən daha 47 nümayəndəsini saxlayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, yeni əməliyyat zamanı İstanbul Su və Kanalizasiya İdarəsinin (İSKİ) baş direktoru Şafak Başa, eləcə də Əkrəm İmamoğlunun xüsusi katibliyinin müdiri Kadriye Kasapoğlu da daxil olmaqla, 47 nəfər saxlanılıb. Şübhəlilərin ev və iş yerlərində axtarışlar davam edir.
Qaçan digər 6 nəfərin tutulması üçün işlər aparılır.
Xatırladaq ki, İBB-yə qarşı ilk əməliyyat martın 19-da keçirilib. Həmin əməliyyat zamanı saxlanılan 94 şübhəlidən 54-ünün həbsinə qərar verilib.