Mixail Qusman TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilib.
Senzor.az bildirir ki, bu barədə Rusiyanın baş naziri Mixail Mişustin sərəncam imzalayıb.
Qeyd edək ki, 75 yaşlı Mixail Qusman 30 ilə yaxın TASS strukturlarında işləyib.
2000-ci ildən "Güc formulu" televiziya proqramının müəllifi və aparıcısı olan Mixail Qusman Rusiyanın əməkdar mədəniyyət işçisi (2001) və əməkdar jurnalistidir.
Qusman YUNESKO-nun Rabitə üzrə Beynəlxalq Proqramının Rusiya Komitəsinə rəhbərlik edir, YUNESKO-nun İnformasiya və Kommunikasiya üzrə Hökumətlərarası Şurasının (IPDC) və Rusiyanın YUNESKO üzrə Komissiyasının üzvüdür.