İranda hicab rejimi sərtləşdirilir...
GÖSTƏRİŞ VERİLDİ

“Bütün prokurorlara göstəriş vermişəm ki, təhlükəsizlik və hüquq-mühafizə orqanlarından tələb etsinlər ki, sosial nizamsızlıqlarla bağlı xarici təsir altında olan və təşkilatlanmış qrupları müəyyən etsinlər və məhkəməyə təqdim etsinlər”.

 

Teleqraf xəbər verir ki, bunu İranın məhkəmə sisteminin rəhbəri Qulamhüseyn Mohseni Eceyi deyib.

 

“Düşmənin səylərinin bir nümunəsi hicabsızlıq və açıq-saçıqlıqla bağlı məsələlərdir, digər nümunəsi isə virtual məkan, yəni internetdir. Düşmənin şər işlərinə qarşı ayıq-sayıq olmalıyıq və istəmədən düşmənin meydanında oynamamalıyıq”,- o bildirib.

 

Xatırladaq ki, 2022-ci ilin sentyabrında 22 yaşlı Məhsa Əmininin hicab qaydalarını pozmaqda ittiham edilərək polis tərəfindən öldürülməsindən sonra İranda hicab əleyhinə etiraz aksiyaları başlayıb və iki ilə yaxın davam edib. Bundan sonra məcburi hicabın ləğvi gündəmə gəlib, paytaxt Tehran və bir sıra digər iri şəhərlərdə hicabsızlaşma prosesi başlasa da, dini rejim hələ də tətbiq etmədiyi “Hicab və iffət” adlı qanun qəbul edib. Cəhd ölkədə etirazları bir qədər də sərtləşdirib. Bu günlərdə Tehran və bəzi şəhərlərdə hicabsız dolaşan qadınların görüntüləri gündəmdədir. Dini-siyasi rejimin nümayəndələri bu fonda hicab qaydalarını sərtləşdirən “Hicab və iffət” qanununun tətbiqini gündəmə gətirirlər.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.