Almaniya məcburi hərbi xidməti bərpa edir - ÇAĞIRIŞ PÜŞKATMA YOLU İLƏ APARILACAQ
VİDEO

Almaniyada koalisiya hökumətində təmsil olunan partiyalar – Xristian Demokratlar İttifaqı, Xristian Sosialistlər İttifaqı və Sosial Demokrat Partiyası hərbi xidmətin yeni modeli barədə razılığa gəliblər.

 

Senzor.az yerli mediaya istinadən bildirir ki, yeni qanun layihəsinə əsasən, 18 yaşlı kişilər üçün məcburi tibbi baxış tətbiq ediləcək, 2008-ci ildən sonra doğulan gənclərə isə xidmətə münasibətlərini öyrənmək üçün sorğu göndəriləcək. Xidmət ilkin mərhələdə könüllülük əsasında həyata keçiriləcək. Lakin kifayət qədər müraciət olmadığı halda, Bundestaqın qərarı ilə tələbat əsasında hərbi mükəlləfiyyət aktivləşdiriləcək. Bu zaman tibbi baxışdan keçənlər arasından püşkatma yolu ilə seçim aparılacaq.

 

Yeni modelə görə, 12 aydan artıq xidmət edənlər müddətli hərbi qulluqçu, daha qısa müddət xidmət edənlər isə könüllü xidmətçi statusu alacaqlar. Xidmət edənlərin maaşları artırılacaq, həmçinin sürücülük vəsiqələri əldə etmək üçün onlara maddi dəstək veriləcək.

 

Koalisiya 2035-ci ilədək Bundesverin şəxsi heyətinin sayını 260 min nəfərə çatdırmağı hədəfləyir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.