Ərdoğan Şimali Kipr Prezidentini rəsmi mərasimlə qarşıladı - LİDERLƏR DANIŞIQLARDAN SONRA MƏTBUAT KONFRANSI KEÇİRDİLƏR
VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasının (ŞKTR) yeni seçilmiş Prezidenti Tufan Erhürmanı Ankarada rəsmi mərasimlə qarşılayıb.

 

Senzor.az bildirir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

 

Rəcəb Tayyib Ərdoğan Tufan Erhürmanla 90 dəqiqəlik danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında bildirib ki, Ankaranın Kipr məsələsində mövqeyi bütün dövrlərdə son dərəcə aydın olub: adada ədalətli və davamlı sülhə gedən yol iki dövlətin tanınmasından keçir. Ziddiyyətlərin tənzimlənməsi yalnız Kiprin reallıqları nəzərə alınmaqla mümkündür.

 

Türkiyə liderinin sözlərinə görə, Ankaranın beynəlxalq arenada ŞKTR-nin hüquq və mənafelərinin təmin edilməsi üzrə siyasi və diplomatik səyləri davam edəcək.

 

“Kiprin qarant ölkəsi kimi Türkiyə çətinliklər və problemlər qarşısında Kipr türklərini tərk etməyəcək”, - deyə o, Kipr yunan icmasının məqsədini “Kipr türklərini adada milli azlığa çevirmək” kimi xarakterizə edərək əmin edib.

 

Türkiyə Prezidenti, həmçinin Avropa İttifaqının adanın yunan icmasını Aİ-yə qəbul etmək kimi səhv qərarını unutmamağa çağırıb və Kipr türklərinə verilən vədlərin hələ də yerinə yetirilmədiyini vurğulayıb.

 

ŞKTR lideri öz növbəsində Şərqi Aralıq dənizindəki problemlərin həllinin yalnız danışıqlar yolu ilə mümkün olacağını bildirib.

 

O, həmçinin yunan Kiprinin hakimiyyəti tərəfindən silah alışının aktiv şəkildə artırılmasına diqqət çəkib. “Adanın cənubunda silahların toplandığı bir dövrdə Türkiyənin Kiprdəki problemlərin tənzimlənməsi ilə bağlı mövqeyinin əhəmiyyəti xüsusilə vacib olaraq qalır”, - deyə ŞKTR-nin altıncı Prezidenti bildirib. 

 

T.Erhürman qeyd edib ki, Kipr ilə bağlı ziddiyyətlərin tənzimlənməməsi regionda sülhə mənfi təsir göstərir.

 

“Regionda Türkiyə və Kipr türklərinə qarşı saymamazlığa əsaslanan mövqe regiondakı problemlərin uzunmüddətli tənzimlənməsinə töhfə verə bilməz”, - deyə o vurğulayıb.

 

Qeyd edək ki, yeni Prezident  ənənəyə uyğun olaraq, ilk rəsmi səfərini Türkiyəyə edib.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.