İran 12 günlük müharibəyə görə ABŞ-dan
KOMPENSASİYA TƏLƏB EDİR

İran bu ilin iyununda baş verən 12 günlük müharibəyə görə ABŞ-dan kompensasiya tələb edir.

 

İSNA xəbər verir ki, bu barədə tələb İranın xarici işlər naziri Abbas Əraqçinin ABŞ Prezidenti Donald Trampın İsrailin İrana qarşı təcavüzünə rəhbərlik etdiyinə dair etirafına əsaslanaraq BMT Baş katibi Antonio Quterreşə ünvanladığı məktubdə əks olunub.

 

A.Əraqçi məktubunda ABŞ və İsraili İslam Respublikasına qarşı 12 günlük hərbi təcavüzdə ittiham edib.

 

Nazir ABŞ Prezidenti Donald Trampın İsrailin İrana qarşı təcavüzkar hərəkətlərinə rəhbərlik etdiyi haqda etirafına istinad edərək yazıb: "Birləşmiş Ştatlar bu pozuntular nəticəsində İrana və vətəndaşlarına dəymiş maddi, mənəvi zərəri tam şəkildə kompensasiya etməyə borcludur".

 

O, ölkəsinin ABŞ və İsrailin ayrı-ayrı rəsmi şəxslərini məsuliyyətə cəlb etmək, habelə dəymiş zərərə görə kompensasiya almaq üçün bütün mövcud qanuni kanallardan istifadə etmək hüququnu özündə saxladığını bildirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.