
“PKK-nın qurucu rəhbərliyinin 27 fevral 2025-ci ildə etdiyi çağırış Suriyada 337 gün sonra cavablandırıldı və bu, çox mühüm bir mərhələ oldu”.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı parlamentdə partiyasının iclasında deyib.
“Özümüzə qarşı dürüst olaq, PKK-nın qurucu rəhbərliyi bütün vədlərinə əməl etdimi? Bəli, etdilər. Separatçı terror təşkilatının ləğvini təmin etdilərmi? Bəli, etdilər”, - Baxçalı vurğulayıb.
O, Ədirnədə həbsdə olan Səlahəddin Demirtaşdan da danışıb: “Öcalan ümidə, Demirtaş isə evinə dönənə qədər qərarımız bəllidir”.