Qarabağda Vətən müharibəsi zamanı itkin düşmüş daha iki erməni hərbçinin meyitinin qalıqları tapılıb.
Senzor.az Ermənistan mətbuatına istinadən bildirir ki, meyitlərin qalıqları Hadrut istiqamətində aşkarlanıb.
Onların şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib.
Bununla da Qarabağda müharibədən sonra aşkarlanan erməni meyitlərinin sayı 1 665-ə çatıb.