Bəşər Əsəd Putinlə görüşə gəldi - GÖZLƏNİLMƏZ SƏFƏR

Rusiya Prezidenti Vladimir Putin Kremldə suriyalı həmkarı Bəşər Əsədlə görüşüb.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, məlumatı Kremlin saytı yayıb.
 
Suriya rəhbəri koronavirus infeksiyası ilə mübarizədə və respublikaya ərzaq tədarükündə göstərilən köməyə görə qarşı tərəfə minnətdarlığını bildirib.
 
"Bu fürsətdən istifadə edərək Sizin şəxsinizdə Rusiya dövlətinə, xalqına, hər bir vətəndaşına uzun müddətdir əziyyət çəkən Suriyaya göstərdiyi humanitar yardımlara, həmçinin, beynəlxalq hüququn norma və prinsiplərini müdafiə etdiyi üçün Rusiya Xarici İşlər Nazirliyinə təşəkkür edirəm", - Əsəd deyib.
 
Putin isə bildirib ki, bütün çətinliklərə baxmayaraq insanlar Əsədə güvənir: "Əvvəlki illərin bütün çətinliklərinə və faciələrinə baxmayaraq, insanlar hələ də Sizə inanır və bərpa, normal həyata qayıtma prosesini Sizinlə əlaqələndirirlər. Bilirəm ki, bunun üçün çox işlər görürsünüz, eyni zamanda siyasi rəqiblərinizlə dialoq üçün çalışırsınız. Çox ümid edirəm ki, bu proses davam edəcək".





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.