“Fransa İŞİD-in Böyük Səhradakı başçısını zərərsizləşdirdi” - MAKRON ŞƏXSƏN BƏYAN ETDİ

Fransa prezidenti Emmanuel Makron "Böyük Səhrada İslam dövləti" qruplaşmasının başçısının Fransa silahlı qüvvələri tərəfindən zərərsizləşdirildiyini elan edib.
 
"Report" bildirir ki, dövlət rəhbəri bu barədə özünün “Tvitter”dəki səhifəsində məlumat verib.
 
"Böyük Səhrada İslam Dövləti" terror qruplaşmasının lideri Adnan əbu Abu Valid əl-Sahraui fransız qoşunu tərəfindən zərərsizləşdirilib. Bu, Saxeldə terror qruplaşmaları ilə mübarizəmizdə daha bir böyük müvəffəqiyyətdir", - Fransa rəhbəri yazıb.
 
Onun sözlərini sonra Fransanın müdafiə naziri Florans Parli də təsdiqləyib. Nazir “Tvitter”dəki hesabında qeyd edib ki, İŞİD-in regional özəyinin lideri "Barxan" əməliyyatının hərbçiləri tərəfindən endirilmiş zərbə nəticəsində öldürülüb.
 
Dövlət başçısı və nazir regionda terrorizmlə mübarizədə həlak olmuş fransız hərbçilərin xatirəsini yad ediblər. "Afrika, avropalı partnyorlarımızla birlikdə bu mübarizəni davam etdirəcəyik", - Makron deyib.

Adnan Abou Walid al Sahraoui, chef du groupe terroriste État islamique au Grand Sahara a été neutralisé par les forces françaises. Il s’agit d’un nouveau succès majeur dans le combat que nous menons contre les groupes terroristes au Sahel.

— Emmanuel Macron (@EmmanuelMacron) September 15, 2021





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.