Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Düşənbədə keçirilən sammitinə qatıla bilmədiyi üçün üzr istəyib.
TASS xəbər verir ki, o, tədbirə videokonfrans vasitəsilə qoşulub.
V.Putin vurğulayıb ki, ətrafında koronavirusa yoluxan onlarla insan var: "Ona görə də son anda Düşənbəyə səfərimi təxirə salmaq məcburiyyətində qaldım".
Dövlət başçısı hələ bir neçə gün özünütəcrid rejimində olacağını deyib.
Qeyd edək ki, sentyabrın 15-də başlayan tədbirdə Rusiya, Taciksitan, Qazaxıstan, Qırğız Respublikası, Belarus və Ermənistan nümayəndə heyətləri iştirak edirlər.