Ermənilər Geqarkunikdə aksiya keçirdilər - “AZƏRBAYCANLILAR ARTIQ BURAYA ÇATIBLAR, QORXUDAN YATA BİLMİRİK”

Ermənistanın Geqarkunik bölgəsində etiraz aksiyası keçirilib.
 
Azvision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Qeyd edilir ki, Qeqamasar sakinləri Vardenis-Sotk yolunu bağlayıblar.
 
Etirazçılar təhlükəsizliklərinin təmin olunmasını tələb ediblər. Onlar Vardenisə birləşmək istəmədiklərini bildiriblər. 
 
Etiraz edənlər bəyan ediblər ki, azərbaycanlılar artıq onların yaşadığı əraziyə qədər gəlib çatıblar. Sakinlər bildiriblər ki, qorxu içindədilər, uşaqlarını məktəbə göndərməkdən qorxur, normal yaşaya, gecələr rahat yata bilmirlər.
 
Polis hadisə yerinə gələrək aksiyanın qarşısını almağa çalışıb. Sakinlər polisə müraciət edərək "Yol açılmayacaq, Nikol bura gəlməlidir" deyiblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları isə aksiyaçıları baş nazirin adını hallandırmamağa çağırıblar.
 
"Hansı baş nazir? Yalan danışıran!" - etirazçılardan biri polislərə cavab verib.
 
İcma başçısı isə, sakinlərə məlum hərbi dəyişikliklərə müdaxilə etməmək üçün yolu açmağı təklif edib. Aksiyaçılar hökumətə bir gün vaxt veriblər. Cavab gəlməsə, onlar bir neçə yerdə dəmir yollarını da bağlayacaqlar.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.