İkinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusunun itkin düşmüş daha bir hərbçisinin meyitinin qalıqları tapılıb.
Senzor.az Ermənistan mətbuatına istinadən bildirir ki, hərbi qulluqçunun meyitinin qalıqları Azərbaycanın Füzuli rayonu ərazisində aşkarlanıb.
Meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib.
Bununla da Qarabağda meyiti aşkarlanan itkin erməni hərbçilərinin sayı 1 668-ə çatıb.