İranın şimal-qərb bölgəsində silahlı terror qruplaşması ilə sərhədçilər arasında atışma baş verib.
APA-nın məlumatına görə, sərhədçilər Qərbi Azərbaycan əyalətində ölkəyə qeyri-qanuni yolla girmək istəyən terror qruplaşma üzvlərini zərərsizləşdiriblər. Belə ki, terror qruplaşmasından iki nəfər yaralanaraq həbs olunub, digərləri məhv edilib.
Məlumatda hadisənin dəqiq hansı sərhəd bölgəsində baş verdiyi qeyd olunmayıb.
Amma bildirilib ki, terrorçulardan çox sayda silah və sursat müsadirə olunub.