Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi ilə görüşüb.
Senzor.az bildirir ki, bu barədə İran səfirliyinin “Tvitter” səhifəsində məlumat paylaşılıb.
Görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrindəki yeni vəziyyət və Gorus-Qafan yolunda yeni nəqliyyat şəraiti və digər əlaqəli mövzular müzakirə olunub.