Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyası keçirilib.
Yerli medianın yazdığına görə, Şarl Aznavur adına meydana toplaşan etirazçılarla polislər və xüsusi təyinatlılar arasında gərginlik yaşanıb.
"Nikol xaindir" qışqıran xeyli sayda mitinq iştirakçısının saxlanıldığı bildirilir. Polis etirazçıların 21 sentyabr tədbirləri əleyhinə şüarlar səsləndirməsi, eləcə də baş nazirin ünvanına təhqiramiz fikirlər söyləməsinə imkan verməyib.
Azvision.az xatırladır ki, Ermənistan baş naziri Nikol Paşinyan ölkədə müstəqillik günü ilə bağlı genişmiqyaslı bayram tədbirlərinin keçiriləcəyini bəyan edib. Əksər ermənilər isə bunu ötən ilin sentyabrında başlayan müharibə zamanı ölmüş minlərlə hərbçinin yaxınlarına hörmətsizlik kimi qiymətləndirir.