“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla yeni görüşə dair razılıq əldə edilib”.
Senzor.az “Sputnik Armeniya”ya istinadən bildirir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışında deyib.
Onun sözlərinə görə, görüşdə ilk növbədə humanitar məsələlər müzakirə ediləcək. Bundan başqa Qarabağ da diqqət mərkəzində olacaq.