Azərbaycanın Baş naziri Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə başsağlığı məktubu ünvanlayıb.
Senzor.az bildirir ki, Baş nazir Batumi şəhərində yaşayış binasının çökməsi nəticəsində insan tələfatı xəbərindən kədərləndiyini bildirib.
Ə.Əsədov faciə ilə əlaqədar Gürcüstanın Baş nazirinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Qeyd edək ki, Batumidə binanın çökməsi nəticəsində 8 nəfər ölüb. Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri hadisə ilə əlaqədar 3 nəfərin saxlanıldığını, daha 3 nəfərin axtarışlarının isə davam etdirildiyini bildirib.