“İranla dövlət sərhədimizdə Ağrı, Hakkari, İğdır və Van olmaqla 4 vilayətimiz var. Həmin sərhəd boyu divar çəkiləcək”.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, artıq Ağrı və İğdır vilayətlərində beton divarın çəkilməsi işləri yekunlaşıb.
Qeyd edək ki, Türkiyə bundan əvvəl Suriya sərhədində beton bloklardan ibarət təhlükəsizlik divarı inşa etmişdi.