Ombudsmanın nümayəndələri Azərbaycan sərhədini pozan erməni diversanta baş çəkiblər
FOTO

Ombudsman Səbinə Əliyevanın tapşırığına əsasən, Milli Preventiv Qrupun (MPQ) üzvləri Azərbaycan sərhədini pozan erməni diversant Qaqik Voskanyana baş çəkiblər.

 

Senzor.az bildirir ki, bu barədə Ombudsman Aparatından məlumat verilib.

 

Bildirilib ki, MPQ-nin ixtisasca həkim üzvünün də iştirak etdiyi başçəkmədə məqsəd saxlanılan şəxslərlə rəftarın, müəssisədəki saxlanma şəraitinin və təqsirləndirilən şəxslərin hüquqlarının təmini vəziyyətinin monitorinqi olub.

 

Başçəkmə zamanı bu il avqustun 16-da terror-təxribat törətmək məqsədilə Azərbaycan-Ermənistan dövlət sərhədini qanunsuz olaraq keçən Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-diversiya qrupunun üzvü Qaqik Voskanyan da qəbul edilib. Həmin təqsirləndirilən şəxsin saxlanma şəraiti, onunla rəftar, tibbi xidmətə çatımlılıq və Milli Preventiv Mexanizm mandatına uyğun digər məsələlər araşdırılıb, beynəlxalq və milli qanunvericiliyə əsasən hüquqlarının təmin edilməsi vəziyyəti öyrənilib. Adıçəkilən şəxs saxlanma şəraitindən, onunla rəftardan və tibbi xidmətdən razılığını bildirib.

 

Konfidensial qaydada söhbət aparılan şəxsə hüquqları, Ombudsmanın səlahiyyətləri barədə məlumat verilib, öz dilində insan hüquqları sahəsindəki beynəlxalq aktlar təqdim edilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.