"Qarabağ" UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqəni təmin edib.
Senzor.az bildirir ki, Ağdam klubu pley-offun cavab oyununda bu gün Sloveniya “Olimpiya”sını qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Azərbaycan təmsilçisinin heyətində Toral Bayramov 24-cü dəqiqədə penaltidən fərqlənərək hesabı açıb. Lyublyana klubunda Dioqo Pinto 36-cı dəqiqədə tarazlığı bərpa edib.
Səfərdəki görüşdə rəqibini iki cavabsız qolla üstələyən Qurban Qurbanovun komandası Avropa Liqasında qrup mərhələsinə yüksəlib.
Ölkə çempionunun qrupdakı rəqibləri sentyabrın 1-də bəlli olacaq.
**09:42
"Qarabağ" bu gün UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.
Senzor.az bildirir ki, Ağdam klubu pley-off mərhələsinin cavab matçında Sloveniya "Olimpiya"sını qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək görüş saat 20:00-da başlayacaq.
Qarşılaşmanı ispaniyalı FİFA referisi Alexandro Ernandes idarə edəcək.
Xatırladaq ki, səfərdəki ilk oyunda Qurban Qurbanovun rəhbərlik etdiyi komanda 2:0 hesabı ilə qalib gəlib.