Təxribat törədərkən məhv edilən erməni hərbçilərinin sayı 4-ə çatıb
YENİLƏNİB

Azərbaycanla sərhəddə təxribat törədərkən məhv edilən erməni hərbçilərinin sayı 4-ə çatıb.


Senzor.az-ın xəbərinə görə, Ermənistan Müdafiə Nazirliyi bu gün baş verən silahlı toqquşmalarda 4 hərbçi itirdiklərini etiraf edib.


Nazirlik 1 erməni hərbçinin yaralandığını açıqlayıb.

**12:50

Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən atəş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərini minaatanlardan atəşə tutur.


Senzor.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.


Bildirilib ki, bölmələrimiz tərəfindən zəruri cavab tədbirləri görülür.

**12:24

Sentyabrın 1-i səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlar, minaatanlar, artilleriya qurğuları və zərbə PUA-larından atəşə tutmaqla bölgədə vəziyyəti gərginləşdirir.


Bu barədə Senzor.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.


Bundan başqa, Ermənistan tərəfi Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə əlavə döyüş texnikası və canlı qüvvə cəmləşdirir.


Ermənistan tərəfi növbəti təxribatlar üçün zəmin yaratmaq məqsədilə dezinformasiya xarakterli məlumatlar yayır və beynəlxalq ictimaiyyətdə yanlış fikir formalaşdırmağa çalışır.


"Bildiririk ki, yaranmış gərginliyə və onun fəsadlarına görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - nazirlikdən qeyd olunub.


**12:14

Kəlbəcər istiqamətində mövqelərimiz artilleriya atəşinə tutulub.


Bu barədə Senzor.az-a Müdafiə Nazirliyindən məlumat verilib.


Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən atəş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərini artilleriya atəşinə tutub.

**11:30

Sentyabrın 1-də Azərbaycanla sərhəddə təxribat törədən iki erməni hərbçisi məhv edilib, biri yaralanıb.

“Hraparak” qəzeti xəbər verir ki, məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.

Hadisə Azərbaycanın Kəlbəcər rayonu istiqamətində baş verib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı xəbərə görə, sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən ordumuzun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib. Nəticədə üç hərbi qulluqçumuz yaralanıb.

**09:58

Ermənistan silahlı qüvvələri bölmələrinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Məhəmməd Ramiz oğlu yaralanıb.

 

Senzor.az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

 

Qarşı tərəfin təxribatı nəticəsində yaralanan hərbi qulluqçumuza dərhal ilkin tibbi yardım göstərilib və o, hərbi tibb müəssisəsinə təxliyə edilib: “Hazırda qeyd olunan istiqamətdə mövqelərimizin atəşə tutulması davam edir. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür.

 

Bildiririk ki, Ermənistan tərəfinin törətdiyi təxribatın nəticələrinə görə bütün məsuliyyət məhz bu ölkənin hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.