Ötən ay dövlət sərhədindən cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Rеspublikası hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 322 nəfər aşkarlanaraq aidiyyəti оrqanlara təhvil vеrilib.
Senzor.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatında deyilir.
Bildirilib ki, ölkədən çıxışı qadağan olunan 631 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olunan 24 nəfərin Azərbaycan Respublikasına daxil olmasının qarşısı alınıb.