Avqustun 29-dan etibarən Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün göndərilən və içərisində 40 ton un məmulatları olan iki yük maşını (TIR) artıq 5 gündür ki, Ağdam-Xankəndi yolundadır.
Senzor.az bildirir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları və könüllülər bu səhəri də ərazidə qurulan çadırlarda qarşılayıblar.
Qeyd edək ki, ərazidə olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər.
Bundan sonra sülhməramlılar ermənilərə həmin yükün təyinatı üzrə çatdırılması üçün imkan yaradılmasını təklif ediblər. Amma separatçıların nümayəndələri bu təklifi qəbul etməyiblər. Bu səbəbdən hələ də gözləyirlər.