Latviya Azərbaycana yeni səfir təyin edib.
Senzor.az xəbər verir ki, bu barədə Latviya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Latviyanın Azərbaycandakı yeni səfiri Edqars Skuja olacaq.
Edqars Skuja indiyədək Latviyanı BMT, ATƏT və bir sıra digər beynəlxalq təşkilatlarda, eləcə də Avstriya, Estoniya və Rusiyada təmsil edib.
Qeyd edək ki, bundan əvvəl Latviyanın Azərbaycandakı səfiri Daynis Qarançs idi.