Messiyə butulka atdılar - VİDEO

MLS-də “Los-Anceles”lə səfər oyunundan sonra azarkeşlərdən biri "İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messiyə butulka atıb.

 

Bu barədə xarici KİV məlumat yayıb.

 

Məlumata görə, argentinalı mühafizəçisinin müşayiəti ilə meydanı tərk edirmiş və bu zaman tribunadan futbolçuya butulka atılıb. Butulka Messiyə dəyməyib, futbolçu şüşəni görən kimi aşağı əyilib.

Qeyd edək ki, Messi həmin görüşdə iki məhsuldar ötürmə edib. Qarşılaşma Mayami komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Ötən ayın sonlarında Lionel Messi özünə cangüdən tutub. Futbolçu üçün cangüdəni Amerika klubunun həmsahibi Devid Bekem seçib. Mühafizəçi ABŞ Ordusunun xüsusi təyinatlılarının İraq və Əfqanıstanda döyüş təcrübəsinə malik və döyüş sənətində mahir olan keçmiş əsgəridir. O, həmçinin bir neçə MMA döyüşlərində iştirak edib.

 

Futbolçunun cangüdəni müştərisini hər hansı arzuolunmaz təmasdan qorumaq üçün “İnter Mayami”nin matçları zamanı meydançanın kənarı ilə qaçır.

 

Messi “İnter Mayami”yə yay transfer pəncərəsində keçib. Futbolçunun klubla müqaviləsi 2025-ci ilə qədərdir. O, bu mövsüm bütün turnirlərdə 11 oyuna çıxıb, 11 qol vurub və 3 məhsuldar ötürmə edib.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.