NATO-Rusiya münasibətləri kəskinləşir RUS GƏMİLƏRİ SEUTA LİMANINA BURAXILMADI

İspaniya Xarici İşlər Nazirliyi Rusiya hərbi gəmilərinin Afrikanın şimal sahilindəki Seuta limanına daxil olmasına icazə verməyib. 
 
Bu barədə "Pais" qəzeti məlumat yayıb.
 
Nəşr yazır ki, Rusiya tərəfi avqustun 18-dən 20-dək Seuta şəhərində "Vitse-admiral Kulakov" və onun yedək gəmisi "Altay" üçün dayanmaq icazəsi istəyib. Qeyd olunur ki, İspaniya Müdafiə Nazirliyi icazə üçün heç bir ciddi problem görməyib. Lakin ölkə XİN-i Moskvaya əlavə sorğular göndərib. Cavab almayan nazirlik müraciət ərizəsini rədd edib. Qəzet 2022-ci ildə NATO sammitinin təşkilatçısı olacaq İspaniyanın bu qərarının arxasında siyasi məqamların dayandığını yazıb.
 
Azvision.az xatırladır ki, oxşar insident 2017 -ci ilin əvvəlində də yaşanmışdı. İspaniya "Admiral Kuznetsov" ağır təyyarədaşıyan kreyserinin başçılıq etdiyi gəmilərin Seuta limanına girməsinə icazə verməmişdi. Sonradan Rusiya Müdafiə Nazirliyi açıqlama yaymışdı ki, Madrid bu addımı ABŞ və NATO-nun ona təzyiqi ilə atıb.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.