Azərbaycan nümayəndəsi Fələstinin xarici işlər naziri ilə görüşüb

Azərbaycanın Fələstin Dövlətindəki Təmsilçilik Ofisinin rəhbəri İlham Nəzərli etimadnaməsinin surətini bu dövlətin XİN rəhbəri Dr. Riyad Əl-Malikiyə təqdim edib.


Bu barədə Senzor.az-a Fələstin Dövlətinin ölkəmizdəki səfirliyindən bildirilib.


Dr. Riyad Əl-Maliki Fələstinlə Azərbaycan arasında dostluq və qardaşlığa əsaslanan münasibətləri, gözəl tarixi əlaqələri və hər iki xalqı birləşdirən sıx tarixi-mədəni dəyərləri yüksək qiymətləndirib.


Əl-Maliki Azərbaycanın Ramallah şəhərində nümayəndəlik açmaq qərarını yüksək qiymətləndirib və bunun ikitərəfli bir çox sahələrdə, xüsusilə də turizm və təhsil sahəsində əməkdaşlığı gücləndirəcəyini və əlaqələrin güclənməsinə, möhkəmlənməsinə töhfə verəcəyini ifadə edib, təmsilçilik səviyyəsinin tezliklə səfirlik səviyyəsinə qaldırılacağına ümidvar olduğunu bildirib.


Fələstin XİN başçısı Azərbaycanın səylərini və həmrəyliyini, Birləşmiş Millətlər Təşkilatında və bütün beynəlxalq dairələrdə Fələstin problemi ilə bağlı qətnamələrə müsbət səs verdiyini və ölkəmizin BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərq Agentliyinə (The United Nations Relief and Works Agency for Palestine Refugees in the Near East - UNRWA) dəstək verməsinin, habelə müxtəlif regional və beynəlxalq dairələrdə iki tərəf arasında çoxtərəfli səviyyədə koordinasiyanın intensivləşdirilməsinin vacibliyini vurğulayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.