AVRO-2024: Azərbaycan millisi Bakıda Belçika yığmasına məğlub oldu
YENİLƏNİB

Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində dördüncü oyununu keçirib.

 

Senzor.az bildirir ki, Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Bakıda Belçikanı qəbul edib.

 

“Dalğa Arena”da oynanılan qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə bitib. Yeganə qola 38-ci dəqiqədə Yannik Karrasko imza atıb.

 

Bu qalibiyyət sayəsində xallarının sayını 10-a çatdıran belçikalılar F qrupunda liderliyə yüksəliblər. Azərbaycan yığması isə hesabındakı 1 xalla sonuncu yerdə qalıb.

 

Qeyd edək ki, Azərbaycan yığması sentyabrın 12-də eyni stadionda İordaniya ilə yoldaşlıq görüşü keçirəcək.

 

**10:43

 

Azərbaycan futbol millisi bu gün AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununa çıxacaq.

 

Senzor.az bildirir ki, yığma V tur çərçivəsində Belçika ilə üz-üzə gələcək.

 

Bakıda “Dalğa Arena”da keçiriləcək görüş saat 17:00-da start götürəcək. Matçın baş hakimi serbiyalı FIFA referisi Nenad Minakoviç olacaq.

 

Tarixində beşinci dəfə “qırmızı şeytanlar”la üz-üzə gələcək millimiz əvvəlki dörd oyunun üçündə uduzub, birində isə heç-heçə edib.

 

Qeyd edək ki, F qrupunda yer alan yığmamız üç oyundan sonra bir xalla sonuncu pillədədir. Aktivində yeddi xalı olan Belçika seçməsi isə ikinci sırada qərarlaşıb.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.