Rusiya Qızıl Xaç Cəmiyyətinin Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniəsilli şəxslərə göndərdiyi ərzaq dolu yük maşını ikinci gündür ki, Bərdə şəhərində gözləyir.
Senzor.az xatırladır ki, həmin ərzaqlar ötən gün Ağdam-Xankəndi yolu ilə Qarabağda yaşayan erməniəsilli sakinlərə çatdırılmalı idi.
Keçidin ləngiməsinə səbəb kimi Qarabağdakı separatçıların növbəti qeyri-konstruktiv mövqeyi göstərilir. Digər məlumata görə, Beynəlxalq Qızı Xaç Komitəsi və Qərbin Rusiya Qızıl Xaç Cəmiyyətinə təzyiqi nəticəsində belə vəziyyət yaranıb.