BMT-nin Cenevrədəki Ofisində “Azərbaycan” otağı yaradılıb.
Senzor.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov otağın açılış mərasimində iştirak edəcək.
Xatırladaq ki, sentyabrın 11-də C.Bayramov İsveçrənin Cenevrə şəhərinə işgüzar səfərə yola düşüb.
**
Sentyabrın 11-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərə yola düşüb.
Senzor.az xəbər verir ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun BMT-nin İnsan Hüquqları Şurasının 54-cü sessiyası çərçivəsində çıxışı, bir sıra beynəlxalq təşkilatların, o cümlədən BMT-nin Cenevrədəki Ofisinin və digər ixtisaslaşmış qurumların rəhbərləri ilə görüşləri nəzərdə tutulub.
Səfər zamanı, həmçinin C.Bayramovun bir sıra tədbirlər, o cümlədən BMT-nin Cenevrədəki Ofisində “Azərbaycan” otağının açılış mərasimində iştirakı planlaşdırılıb.