Bu gün futbol üzrə Azərbaycan I Liqasında yeni mövsümə start verilib.
Senzor.az bildirir ki, Yevlaxda keçirilən “Karvan” - “Mingəçevir” matçında dava düşüb.
Buna səbəb “Karvan”ın kapitanı Müşfiq Teymurovun əvəzlənərkən mingəçevirli azarkeşlərə qeyri-etik jest göstərməsi olub. Nəticədə mingəçevirli futbolçular onun üstünə cumublar, bundan sonra meydanda ara qarışıb, matçda bir neçə dəqiqəlik fasilə yaranıb, asayiş keşikçiləri tərəfləri ayırmaq üçün meydana çıxıblar.
Matçın baş hakimi dava ilə bağlı üç futbolçuya qırmızı vərəqə göstərib. Bunlardan ikisi qonaqların, biri isə meydan sahiblərinin “payına düşüb”.
Qeyd edək ki, oyun “Karvan”ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.