Azərbaycanın sülh və firavanlıq yolunda təşəbbüslərini daim dəstəkləməyə davam edəcəyik.
Bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz sosial şəbəkə hesabında qeyd edib.
"Can Azərbaycanın paytaxtı Bakının işğaldan azad olunmasının 105-ci ilini təbrik edirəm. Nuru Paşa və müzəffər ordusunun şəhidlərini hörmətlə anıram. Biz Türkiyə olaraq Azərbaycanın sülh və firavanlıq yolunda təşəbbüslərini daim dəstəkləməyə davam edəcəyik", - deyə paylaşımda bildirilib.
Xatırladaq ki, sentyabrın 15-də Bakının bolşevik-daşnak işğalından azad edilməsindən 105 il ötür. 1918-ci ilin məhz bu tarixində tərkibində Azərbaycan Korpusu da olan Qafqaz İslam Ordusu Bakıya daxil olaraq şəhəri bolşevik-daşnak qüvvələrinin işğalından azad edib.