Səudiyyə Ərəbistanı hakimiyyəti ABŞ-ı İsraillə münasibətlərin normallaşdırılması mövzusunda bütün müzakirələri dayandırdıqları barədə xəbərdar edib.
Bu barədə news.ru məlumat yayıb.
Məlumata görə, Ər-Riyad bu qərarı Benyamin Netanyahunun başçılıq etdiyi İsrail Nazirlər Kabinetinin fələstinlilərə qarşı münasibətinə görə verib.
Qeyd olunub ki, Səudiyyə Ərəbistanının mövqeyi İsrail tərəfində çaşqınlıq yaradıb.
Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ-ın dövlət katibi Antoni Blinken İsraillə Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşmasına heç bir zəmanətin olmadığını bildirmişdi.