İrəvanda “Paşinyana istefa” deyənlərin sayı artır - ETİRAZÇILARLA POLİS ARASINDA TOQQUŞMA...
VİDEO, FOTO

İrəvanın mərkəzində minlərlə insanın iştirakı ilə keçirilən etiraz aksiyası davam edir. Aksiya iştirakçıları baş nazir Nikol Paşinyan əleyhinə şüarlar səsləndirirlər.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Birləşmiş Ermənistan müxalifəti Milli Komitə yaratdığını bəyan edib. 

 

Bu komitə baş nazir N. Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması mexanizmini hazırlamalıdır.

 

Ermənistan parlamentinin keçmiş vitse-spikeri, “Daşnaksütyun” partiyasının sədri İşxan Saqatelyan qeyd edib ki, parlament çoxluğu N.Paşinyanın impiçmenti məsələsini qaldırıb.

 

Ermənistanın internet resurslarında yayılan xəbərlərə görə, İrəvanda Nazirlər Kabinetinin qarşısına aksiya keçirən insanlar hökumət əleyhinə şüarlar sələndirərək bildirirlər ki, məhz N. Paşinyanın yürütdüyü yanlış siyasət nəticəsində Ermənistan təcrid olunmuş vəziyyətə düşüb.

 

Hökumət binası polis tərəfindən mühasirəyə alınıb.

 


**22:24 (20.09.2023)


Ermənistan paytaxtında Hökumət evinin qarşısında kütləvi etiraz aksiyası keçirilir.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, İrəvanın Respublika meydanına toplaşanlar Baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.

 

Aksiyaya əsasən müxalifət partiyalarının üzvləri qatılıblar.

 

Bir az əvvəl etirazçılar polisə və Hökumət binasına yumurta, butulka və daş atmağa başlayıblar. 

 

Məlumata görə, bu əsasda tərəflər arasında toqquşmalar baş verib. Polis güc tətbiq edərək həbslər həyata keçirib.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.