İrəvanda Paşinyanın istefası tələbi ilə aksiya davam edir - POLİS HƏBSLƏRƏ BAŞLAYIB
VİDEO

İrəvanın Respublika meydanında Ermənistan baş naziri Nikol Paşinyan əleyhinə növbəti mitinq keçirilir.

 

Senzor.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, etirazçılar Paşinyanın istefasını tələb edirlər.

 

Mitinqdən əvvəl vətəndaşlar İrəvanın müxtəlif küçələrində itaətsizlik aksiyaları təşkil edib, bir sıra küçələri bağlayıb, daha çox vətəndaşı onlara qoşulmağa çağırıblar.

 

Lakin polis bütün cəhdlərin qarşısını almağa çalışır, aktivlik göstərənlər isə həbs olunur. 


Xatırladaq ki, bundan əvvəl baş nazir Nikol Paşinyan hökumətin İrəvan küçələrində nümayişçilərə qarşı sərt davranacağı barədə xəbərdarlıq etmişdi. 

 

Onun sözlərinə görə, bəzi qüvvələr İrəvanda qan tökmək istəyir: “Bunlar ölkənin keçmiş rəhbərlərindən birinin oğlu və yüksək rütbəli məmurları ilə əlaqəli bəzi qruplardır”.

 

"Onlar istəyirlər ki, hökumət İrəvan küçələrində qan töksün. Amma bu, baş verməyəcək", - Paşinyan vurğulamışdı. 

  

Onu da qeyd edək ki, İrəvanda bir neçə gündür Qarabağ hadisələri fonunda Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları davam edir.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.